İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa kəşfiyyatının rəhbəri Rumıniyada seçkilərə müdaxilə etməkdə ittiham olunur – Durovdan şok iddia

Fransa Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Nikola Lörnerin Rumıniyaya prezident seçkilərindən cəmi iki gün əvvəl etdiyi səfər qalmaqalla müşayiət olunub.

Musavat.com-un məlumatına görə, bu barədə “Telegram”ın təsisçilərindən biri Pavel Durov sosial şəbəkə hesabında rəsmi məlumatlara və rumın jurnalistlərə istinadən açıqlama verib.

Durov bildirib ki, Lörnerin səfəri ərəfəsində Fransa Prezidenti Emmanuel Makronun yaxın tərəfdaşı, Avropa Parlamentinin deputatı Valeri Hayer Rumıniyada "növbəti prezidentin mütləq Avropa yönlü olması üçün hər şeyin yerində edilməli olduğunu" bəyan edib.

Telegram-ın yaradıcısı daha əvvəl iddia etmişdi ki, Fransa kəşfiyyat rəhbəri şəxsən ona müraciət edərək Rumıniya seçkilərinə təsir göstərməyə çalışıb.

Sözügedən səfər və yayılan açıqlamalar Rumıniyada və Avropada seçki proseslərinə xarici müdaxilə ehtimallarını yenidən gündəmə gətirib. Rəsmi Paris hələlik bu ittihamlara münasibət bildirməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 May 2025

BÜTÜN XƏBƏRLƏR