İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransanın Ermənistandakı səfiri inək sağdı – VİDEO

Musavat.com xəbər verir ki, Fransanın Ermənistandakı səfiri Olivye Dekotini "X" (keçmiş Twitter) sosial şəbəkəsində maraqlı paylaşımı ilə diqqət çəkib.

Diplomat Ermənistan vətəndaşı olan xanım Qalstyanla birlikdə inək sağdığı anları əks etdirən video yayımlayıb.

“Fransa Miqrasiya və İnteqrasiya İdarəsinin (OFII) dəstəyi ilə vətəninə qayıdan xanım Qalstyan və onun Sona adlı inəyi ilə tanış oldum, inək sağma texnikasını da öyrəndim”, – deyə səfir paylaşımında qeyd edib.

Fransalı diplomatin bu qeyri-adi fəaliyyəti sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəziləri bunu kənd həyatına maraq kimi qiymətləndirib, digərləri isə səfirin simvolik mesaj verdiyini iddia edib. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR