İnsanlara hürriyət, millətlərə istiqlal!

Gəncə sakini Rusiya-Ukrayna müharibəsində həlak oldu

Rusiya-Ukrayna müharibəsində Rusiya tərəfindən döyüşlərdə iştirak edən Gəncə sakini həlak olub.

Musavat.com APA-ya istinadən xəbər verir ki, Gəncə şəhərində anadan olmuş, Rusiya vətəndaşı 1977-ci il təvəllüdlü Orxan Rüstəmov martın 22-də gedən döyüşlər zamanı həlak olub.

O, fevral ayında Rusiya-Ukrayna arasında gedən döyüşlərə qatılıb. Mərhumun qardaşı Sərxan Rüstəmov bildirilib ki, Orxan Rüstəmovun həlak olması ilə bağlı onlara 4 gün əvvəl məlumat verilib.

Orxan Rüstəmovun nəşi sabah Gəncə şəhərinə gətiriləcək. Mərhumun sabah Gəncədə dəfn olunması nəzərdə tutulub.

Qeyd edək ki, Rusiya-Ukrayna döyüşlərində həlak olan Orxan Rüstəmov ailəli olub, onun iki övladı var.//APA

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 May 2025

29 May 2025

BÜTÜN XƏBƏRLƏR