Onlayn ictimai-siyasi qəzet
Gəncədə avtomobil təmiri sexinin divarı uçub. Nəticədə bir neçə maşına ciddi ziyan dəyib.
Musavat.com-un xəbərinə görə, hadisə Gəncədə “Dəyirman dairəsi”ndə yerləşən avtomobil sexində baş verib.
Hadisə şahidlərinin bildirdiyinə görə, dünən əsən güclü külək sexin divarını uçurub. Nəticədə “VAZ 2107” və “Hyundai Santafe” markalı avtomobillərə ciddi ziyan dəyib.
Həmin avtomobillər sexə təmir üçün gətirilibmiş.
Musavat.com
23 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ