Onlayn ictimai-siyasi qəzet
“11.06.2025-ci il tarixində saat 10:50 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanada oksigen kompressorunda nasazlıq yaranıb, hazırda bərpa işləri davam etdirilir”.
Bu barədə TƏBİB-dən Musavat.com-un sorğusuna cavab olaraq bildirilib.
Qeyd edilib ki, hadisə ilə əlaqədar 2 pasiyent Akademik Z.Məmmədov adına xəstəxanaya təxliyə edilib, müalicələri davam etdirilir.
“Əlavə edək ki, Abbas Səhhət adına xəstəxanada tibbi xidmətlərin göstərilməsində fasilə yaranmayıb”, - deyə TƏBİB-dən bildirilib.
Qeyd edək ki, bununla bağlı ilk xəbəri “Qafqazinfo” yayımlayıb.
Şahanə Rəhimli
Musavat.com
12 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ