İnsanlara hürriyət, millətlərə istiqlal!

Goranboyda qisas üçün 230 heyvanı yandırmışdılar – Daha bir nəfərə cəza kəsildi

Goranboy rayonu, Nadirkənd kəndində qisas məqsədi ilə yandırılan tövlədə 230 baş xırdabuynuzlu heyvanın tələf olması barədə xəbər vermişdik. Bu iş üzrə 3 nəfər məsuliyyətə cəlb edilərək məhkəmənin hökmü ilə barələrində cəza təyin edilib.

Musavat.com xəbər verir ki, bu qəddar cinayəti törətməkdə şübhəli bilinən daha bir nəfər həbs edilərək məsuliyyətə cəlb edilib.

Erik Vəliyev adlı şəxs fermanı yandıran şəxsləri hadisə yerinə aparan taksinin sürücüsü olub. O, əvvəlcə hadisədən xəbəri olduğunu desə də, məhkəmədə bunu danıb.

İfadəsində bildirib ki, özünü fermanı yandırmaqda yox, hadisəni bilib polisə məlumat verməməkdə günahkar bilir.

Qeyd edək ki, bu dəhşətli hadisənin baş verməsinə səbəb Bəhruz və Mahir adlı tanışlar arasındakı münasibətlərin pozulması olub. Belə ki, onlar birlikdə metal yığımı ilə məşğul olublar. Sonra hər ikisi bir-birindən şübhələnməyə başlayıblar. Bəhruz Mahirin onu aldatdığını düşünərək ondan qisas almağa qərar verib.

Bəhruz tanışı Cavid Allahverdiyevlə danışan zaman Mahirdən qisas almaq istədiyini deyib. Cavid təklif edib ki, Mahirin fermasını yandırsınlar. Bəhruz da bu təkliflə razılaşıb.

Cavid bir gün sonra tanışı Xəyal və adaşı Cavidlə birlikdə fermanı benzinlə yandırıblar.

İstintaqla müəyyən edilib ki, tövlənin yandırılması ilə 230 baş xırdabuynuzlu heyvan məhv olub. Tövlənin dəyəri 5000 manat olub. Ümumi dəymiş ziyan 67 100 manat olaraq müəyyən edilib.

Zərərçəkmiş Mahir isə zərərin 70 min manat olduğunu bildirib. Əlavə olaraq isə 40 min manat itirilmiş zərər kimi qiymətləndirilməsini istəyib.

Bəhruz ifadəsində əməlini etiraf edib. Digər təqsirləndirilən şəxslər də özlərini təqsirli biliblər. Barələrində yüngül cəza təyin edilməsini istəyiblər.

Hökmə əsasən Erik Vəliyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İ. Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR