İnsanlara hürriyət, millətlərə istiqlal!

Göygöldə qudasını bıçaqlayan şəxsin işi: “Qızımı döymüşdülər”  

Göygöl rayonu, Yeni Qızılca kəndində qudasını bıçaqlayan şəxs hakim qarşısına çıxarılıb. Qudalar məhkəmədə barışıb. Lakin təqsirləndirilən şəxsə ağır cəza verilib.

Musavat.com xəbər verir ki, 41 yaşlı Pərviz qudası Xəyalı bıçaqlayaraq ona ağır xəsarətlər yetirib.

Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunan Pərviz bildirib ki, qızı ona zəng vuraraq həyat yoldaşı ilə münasibətlərinin pis olduğunu, döyüldüyünü deyib.

Pərviz qızını öz evinə qaytarmaq üçün qudasının evinə gedib. Yolda qudası Xəyalla rastalaşıb və mübahisə etməyə başlayıblar. Əlbəyaxa dava zamanı Pərviz cibində olan bıçaqla Xəyala bir neçə zərbə endirib.

Zərərçəkmiş şəxs deyib ki, onu bıçaqlayan qudasını bağışlayır. Lakin ifadəsinə onu da əlavə edib ki, baş verənlərin günahkarı Pərvizdir.

Pərviz isə əməlindən peşman olduğunu deyib. Bildirib ki, qudası əlbəyaxa dava zamanı onu döyüb. O da özünü qorumaq üçün cibində olan bıçaqdan istifadə edib. Pərviz üzərində bıçaq olmasının səbəbini izah edərkən deyib ki, usta olduğu üçün cibində həmişə bıçaq gəzdirirmiş.

Məhkəmənin hökmü ilə Pərviz 4 il müddətinə azadlıqdan məhrum edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyul 2025

27 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR