Onlayn ictimai-siyasi qəzet
Serbiya prezidenti Aleksandar Vuçiç iyunun 11-də Ukraynaya elan olunmamış bir günlük səfər edib.
Musavat.com xəbər verir ki, bu barədə Serbiya prezidentinin mətbuat xidməti məlumat yayıb.
Bu, Vuçiçin Ukraynaya ilk səfəridir.
O, "Ukrayna - Cənub-Şərqi Avropa" sammitində iştirak edəcək. Serbiya KİV-nin məlumatına görə, tədbir Odessada keçiriləcək.
Əvvəlki xarici səfərlərindən fərqli olaraq, bu dəfə səfər barədə əvvəlcədən məlumat verilməyib. Serbiya ictimaiyyəti prezidentin səfəri haqqında yalnız onun yola düşməsindən sonra xəbər tutub.
Xatırladaq ki, Vuçiç bundan əvvəl Slovakiyanın baş naziri Robert Fitso ilə birlikdə 9 May Qələbə Gününün qeyd olunması çərçivəsində Moskvaya səfər edən yeganə Avropa liderləri olmuşdu.
Serbiya prezidenti bəyan edib ki, Moskvaya edilən səfər ölkənin Avropa İttifaqına inteqrasiya kursuna heç bir təsir göstərməyəcək.
Musavat.com
12 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ