Onlayn ictimai-siyasi qəzet
Harvard Universitetinin apardığı araşdırmaya görə, hər gün qəhvə istehlak etmək qocalmanı ləngidir.
Bu barədə “Fox News” yazıb.
Tədqiqata rəhbərlik edən professor Sara Mahdavi 47 min qadının qidalanma, həyat tərzi və sağlamlıq məlumatlarının araşdırıldığını bildirib.
Araşdırmaya görə, hər gün əlavə olaraq istehlak edilən bir fincan qəhvə sağlam qocalma ehtimalını 1 faiz artırır.
Gündə təxminən 2,5 fincan qəhvə içən qadınlarda bu nisbət 5 faizə yüksəlir. Tədqiqatçılar kofeinsiz qəhvə və ya çayın oxşar təsir göstərmədiyini qeyd edirlər.
Məlumatlara görə, orta yaş qrupunda sağlam qadınlar gündə orta hesabla 315 mq kofein qəbul edirlər. Bu miqdarın böyük hissəsi qəhvədən əldə edilir.
Bu fərdlər sonrakı illərdə həm fiziki funksiyalarını, həm də idrak bacarıqlarını daha yaxşı qoruya bilirlər.
Uzunmüddətli məlumatlar göstərir ki, qəhvə istehlakı təkcə enerji səviyyələrini artırmır, həm də alzheimer, diabet, yüksək qan təzyiqi və ürək xəstəlikləri kimi ümumi sağlamlıq problemlərinə qarşı qoruyucu təsir göstərir. (Publika.az)
16 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ