İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan Zelenskiyə cavab verdi: Ukraynadakı demokratiya vəziyyəti faciəlidir

Gürcüstanın baş naziri İrakli Kobaxidze BMT Baş Assambleyasında Ukrayna prezidenti Vladimir Zelenskinin açıqlamasına cavab verib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki,  bu barədə Gürcüstanın Birinci Kanalı məlumat yayıb.

Kobaxidzenin sözlərinə görə, Gürcüstan həm insan haqları, həm də demokratiya baxımından bütün namizəd ölkələrdən “on baş üstün” vəziyyətdədir.

“Ukraynadakı demokratiya və insan haqları ilə bağlı vəziyyət faciəlidir — həm demokratiya, həm də insan haqları sahəsində. Belə bir şəraitdə Gürcüstandakı demokratiya və insan haqlarından danışmaq nonsensdir. Gürcüstan bütün namizəd ölkələr arasında, o cümlədən demokratiya və insan haqları baxımından şərtsiz liderdir. Biz insan haqları və demokratiya məsələlərində bütün namizəd ölkələrdən on baş üstünük”, – deyə baş nazir vurğulayıb.

Zelenski isə cavabında bildirib: “Biz artıq Gürcüstanı itirmişik, o, Rusiyadan asılıdır”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR