Onlayn ictimai-siyasi qəzet
"Microsoft SharePoint" proqram təminatına haker hücumu ABŞ Energetika Nazirliyinin Milli Nüvə Təhlükəsizliyi İdarəsinə zərər vurub.
Musavat.com xəbər verir ki, məlumatı mənbəyə istinadən "Bloomberg" yayıb.
Qeyd olunur ki, hakerlər məxfi məlumatlara giriş əldə edə bilməyiblər. Energetika Nazirliyi agentliyə haker hücumunun departamentə “minimal” təsir göstərdiyini və mütəxəssislərin “təsirə məruz qalmış sistemləri” bərpa etdiyini bildirib.
"Bloomberg"in məlumatına görə, hakerlərin hərəkətləri ABŞ Təhsil Nazirliyinə, bir sıra dövlət səviyyəli departamentlərə və Avropa və Yaxın Şərq ölkələrinin hökumətlərinə məxsus sistemlərə də təsir edib.
"Microsoft" şirkəti hücumlarda Çinlə əlaqəli olduğu iddia edilən "Linen Typhoon" və "Violet Typhoon" qruplarının əli ola biləcəyini açıqlayıb.
Musavat.com
23 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ