Onlayn ictimai-siyasi qəzet
Hindistanla Pakistan arasında gərginlik hər saat daha da dərinləşdiyi bir vaxtda, hər iki ölkənin ordularının hərbi gücü və silah arsenalı müqayisə mövzusuna çevrilib.
Musavat.com "Haberler.com"a istinadən xəbər verir ki, Hindistanın 9 bölgəni raketlərlə vurmasına Pakistandan cavab zərbəsi gecikməyib. Asiyada vəziyyəti qarışdıran bu qarşıdurmada ilkin məlumatlara görə azı 26 nəfər həyatını itirib.
Nəşr yazır ki, Hindistan 1 milyon 455 min hərbi qulluqçu və 1 milyon 155 min ehtiyat personalı ilə dünyanın ən böyük ordularından birinə sahibdir. Pakistanın isə 660 min hərbçisi və 550 minlik ehtiyat qüvvəsi var.
Hindistanın 2 min 80 döyüş təyyarəsi, 4 min 201 tankı, 16 sualtı qayığı və 293 hərbi gəmisi olduğu halda, Pakistan 498 təyyarə, 2 min 627 tank, 9 sualtı qayıq və 121 gəmisi var.
Nüvə silahları baxımından Hindistanın 164, Pakistanın isə 170 başlığı var. Hindistan “ilk istifadə etməmə” siyasətini müdafiə edir, Pakistan isə “tam spektrli çəkindirmə” strategiyasını izləyir.
Şəxsi heyət, hava və dəniz gücü baxımından Hindistan Pakistanı geridə qoyur. Hərbi potensialını davamlı artıran Hindistan bu sahədə üstün mövqedədir.
Pakistan isə nüvə çəkindiriciliyi və Çinlə olan hərbi əməkdaşlığı sayəsində regionda öz mövqeyini gücləndirməyə çalışır. Onun taktiki nüvə silahlarını da əhatə edən müdafiə doktrinası var.
Hər iki ölkə fərqli hərbi gücə və strategiyaya malikdir. Buna görə də regionda üstün tərəf qarşıdurmanın formasına və miqyasına görə dəyişə bilər.
İqbal RZAYEV,
Musavat.com
08 May 2025
07 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ