İnsanlara hürriyət, millətlərə istiqlal!

Həbsxanadakı uçqun qəsdlə törədilib?- Çingiz Qənizadədən açıqlama

Xəbər verdiyimiz kimi, dünən 12 saylı cəzaçəkmə müəssisəsində məhkumların yaşadığı bina uçub. Hadisə məhkumlar yeməkxanada olan zaman digər korpusda-yaşayış binasında baş verib. Buna görə yalnız bir məhkum vəfat edib. Binanın uçma səbəb isə istismar müddətinin keçməsi və yararsız vəziyyətdə olması olub. 

Hadisə ilə bağlı Ədliyyə Nazirliyi yanında İctimai Şuranın sədri Çingiz Qənizadə Musavat.com-a açıqlama verib.

Ç.Qənizadə hadisə ilə bağlı yayılan qeyri-rəsmi məlumatlara münasibət bildirib:

“Araşdırmamız nəticəsində məlum olub ki, məhkum şəxsi əşyasını götürmək üçün geri qayıdarkən uçqun altında qalıb. Aldığı xəsarətə görə bir müddət sonra dünyasını dəyişib. Vəfat edən məhkumun ailəsinə dərhal xəbər verilib. Məhkumun dəfni ilə bağlı tədbirlər görülüb. İctimai Şura adından dünyasını dəyişən məhkuma rəhmət diləyirik, ailə üzvlərinə başsağlığı veririk.

Hadisə ilə bağlı ölənlərin sayının çox olması ilə bağlı xəbərlər də paylaşılır. Bunlar doğru informasiya deyil. Həmçinin, bu hadisənin qəsd nəticəsində baş verməsi barədə yayılan fikirlər də yanlışdır. Bu, qəza nəticəsində baş vermiş hadisədir. Hazırda Qaradağ Rayon Prokurorluğu faktla bağlı araşdırma aparır. Araşdırmanın nəticəsi ictimaiyyətə təqdim olunacaq”.

 

Mənzər Novruzlu
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2025

03 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR