Onlayn ictimai-siyasi qəzet
“Həmişə bizi gülməkdən ağladırdı. Bu dəfə fərqli oldu”.
Musavat.com xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Əməkdar artist Ədalət Şükürov deyib.
O, mərhum aktyorla yaxın dost olduğunu, onun ölümününü gözlənilməz olduğunu qeyd edib:
“Cabirin heç vaxt şikayəti olmayıb. Olubsa da bizə deməyib. Heç vaxt səhhətindən gileylənməyib.5 gün öncə toyda idik. Formada idi. Kostyum geyinmişdi. Dedik yaxşı görünürsən. Həmişə bizi gülməkdən ağladırdı. Bu dəfə fərqli oldu”.
Könül İbrahim
Musavat.com
30 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ