İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ali təhsil haqqında” qanunla bağlı təşəbbüs

Milli Məclisin payız sessiyasının ilk iclasında çıxış edən deputat Ceyhun Məmmədov əvvəlki çıxışlara qoşulduğunu deyərək bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycana dünyada etimad və diqqət daha da artmaqdadır.

Musavat.com-un məlumatına görə, deputat ardınca deyib:

“Prezident İlham Əliyevin BMT-nin ali kürsüsündə etdiyi çıxış, keçirdiyi görüşlər bu fikri bir daha təsdiq edir”.

Gündəlikdə olan məsələyə gəldikdə, Ceyhun Məmmədov payız sessiyasının gündəliyinə “Ali təhsil haqqında” qanun layihəsinin daxil edilməsini təklif edib:

“Bu gün ali təhsil müəssisələrinin belə bir qanuna ehtiyacı var. Biz təhsil haqqında qanun qəbul etmişik. Qanun layihəsində ali təhsil sisteminin elektronlaşdırılması, maliyyələşdirilməsi, tədqiqat universitetlərinin yaradılması, akademik heyətin hüquq və vəzifələri, ali təhsil müsəəsiələrinin muxtariyyəti və digər mühüm vəzifələr əksini tapıb. Bu gün heç bir halda qaydalar qanunu əvəz etmir”.

Deputat digər təkliflər də verib:

“Süni intellek haqqında qanun hazırlanmasını təklif edirəm. Bu yaxınlarda İtaliya belə bir qanun qəbul etdi. Qəbiristanlıqlarla bağlı qanunun qəbul olunmasını təklif edirəm. Getdikcə bu məsələ daha çox problem yaradacaq”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR