İnsanlara hürriyət, millətlərə istiqlal!

27 yaşlı qadın işə getmək üçün mindiyi liftdə öldü - FOTO

Mersinin Tarsus rayonunda 27 yaşlı Pelin Kıyqa yaşayış binasının 7-ci mərtəbəsində liftdə ölüb.

Altaylılar məhəlləsində yaşayan bələdiyyə işçisi Kıyqa bu səhər işə getmək üçün liftə minib. Hadisə zamanı liftdəki kəndir qopub və kabinənin yerə düşməsi nəticəsində Pelin ağır xəsarət alıb.

Sakinlərin məlumat verməsindən sonra təcili yardım və yanğınsöndürmə briqadaları hadisə yerinə gəlib. Ağır xəsarət alan Kıyqa xəstəxanaya çatdırılıb, lakin həkimlərin səylərinə baxmayaraq onu xilas etmək mümkün olmayıb. Evli və bir uşaq anası olan Pelin Kıyqanın cansız bədəni yarılma üçün morqa aparılıb.

Hadisənin təfərrüatları araşdırılır./Milli.Az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR