İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın deputatları ona sadiq olduqlarını deyirlər

Ermənistanda hakim fraksiya daxilində etimadsızlıq səsverməsinə qoşulmaq barədə yayılan iddialar həqiqətə uyğun deyil.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə hakim “Vətəndaş sazişi” partiyasının deputatı Rustam Bakoyan danışıb.

Bakoyanın sözlərinə görə, mediada yayılan məlumatlar jurnalistləri çaşdırmaq məqsədi daşıyır:

“Belə bir şey yoxdur, hətta bu mövzu ilə bağlı heç bir söhbət və müzakirə də olmayıb. Bu, sadəcə gülünc mövzudur”.

Deputat əlavə edib ki, məsələ ilə bağlı bütün həmkarları adından danışmaq səlahiyyətinə ehtiyac duymur:

“Mən öz adımdan və həmkarlarım adından zəmanət verirəm ki, fraksiyada bunun əksini düşünən bir nəfər belə yoxdur. Hamımız eyni ideyaya sadiqik. Belə bir mövzu ümumiyyətlə yoxdur. Mən təəccüblənirəm ki, bu suala belə ehtiyac duyuldu. Belə bir şey ola bilməz, komanda birlikdə işləyir və hər hansı məsələ varsa, fraksiya daxilində müzakirə olunaraq həll edilir”.

Erməni deputatın dediyinə görə, “Vətəndaş sazişi” fraksiyasında parçalanma və etimadsızlıq təşəbbüsünə qoşulacaq heç bir deputat yoxdur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR