İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın xüsusi elçisindən sərt açıqlama: “Rusiya bu müharibəni qazana bilməyəcək”

ABŞ prezidentinin xüsusi elçisi Kit Kellog Ukrayna müharibəsi ilə bağlı kəskin açıqlama verib.

Musavat.com xəbər verir ki, diplomatın sözlərinə görə, Rusiya nə Ukraynaya, nə də Qərbə qarşı başladığı müharibədə qalib gəlmək iqtidarında deyil. O bildirib ki, prezident Vladimir Putin “daxilində də anlayır ki, bu döyüşü uzunmüddətli perspektivdə udmaq mümkün deyil”.

Kellog əlavə edib ki, Moskva artıq üstünlük qazanmır və mövcud vəziyyət Rusiyanın xeyrinə inkişaf etmir. Rəsminin sözlərinə görə, Kremlin qarşılaşdığı logistik və maliyyə problemləri, həmçinin Qərbin sərt sanksiyaları Moskvanın mövqeyini daha da zəiflədir.

Diplomat yekun olaraq vurğulayıb ki, bu müharibə Rusiyanın planladığı kimi nəticələnməyəcək və Moskva yaxın gələcəkdə daha böyük itkilərlə üzləşəcək. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2025

30 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR