Onlayn ictimai-siyasi qəzet
İspaniyada yaşayan və Azərbaycan əleyhinə saxta xəbərlər yayan şəxs Türkiyədə hava limanında saxlanılıb.
Musavat.com xəbər verir ki, sentyabrın 28-də Tuğberk adlı istifadəçi Azərbaycan nümayəndə heyətinin BMT Baş Assambleyasında Prezident İlham Əliyevin çıxışını dinlədiyi fotosunu “Netanyahunun çıxışı zamanı çəkilmiş kadr” kimi təqdim edib.
O, həmçinin İsrail baş nazirinin çıxışı zamanı Azərbaycan nümayəndə heyətinin zalı tərk etmədiyini iddia edib.
Altyazıda isə Azərbaycanın İsrail üçün Türkiyəyə “xəyanət etdiyini” yazıb.
Sosial şəbəkə istifadəçiləri fotonu saxta hesab edərək, şikayətlərini və düzəliş şərhlərini əlavə ediblər.
Yalan məlumat paylaşan şəxs dünən axşam saatlarında hava limanında saxlanılıb. O, ifadəsini verdikdən sonra İspaniyaya qayıdıb.
Həmin şəxs özünün "X" sosial media hesabında da bildirib ki, paylaşımdan skrinşotlar çəkib və onu təhqir edən hər kəsi məhkəməyə verəcək.
Musavat.com
30 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ