İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ 5 milyard dollara dron silahlanmasına gedir - Rusiya və Çinə cavab!

“Reuters” agentliyinin məlumatına görə, ABŞ Müharibə Nazirliyi “Coyote” pilotsuz uçuş aparatlarının (PUA) istehsalı üçün 5 milyard dollarlıq müqavilə imzalayıb. Müqavilə Amerika silah istehsalçısı “RTX Corporation”in törəmə şirkəti olan “Raytheon”a verilib. Müqavilənin 2033-cü ilin sentyabrında tamamlanacağı gözlənilir.

Bəs ABŞ niyə dron istehsalını genişləndirmək istəyir?

elxan.jpg (68 KB)

Politoloq Elxan Şahinoğlu mövzu ilə bağlı Musavat.com-a açıqlamasında deyib:

“Məsələ burasındadır ki, ABŞ dorn istehsalında Rusiya və Çindən geri qalıb. Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə 2020-ci ildəki hərbi əməliyyatı və Rusiya-Ukrayna müharibəsi döyüşlərdə dronların böyük əhəmiyyətə malik olduğunu göstərib. Ucuz başa gələn dronlar milyonlarla dollara başa gələn bahalı tank və helikopterləri məhv etmək iqtidarındadır. Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqda kifayət qədər dronu yox idi. Rusiya dronları İran və Çindən almağa başladı. Bundan sonra Rusiya şəhələrində dron istehsal edən müəssisələr yaradıldı.

Ukrayna da müharibəyə başladıqda yerli dronu yox idi. Ukraynaya dron satan ilk ölkə Türkiyə oldu. Müharibədən ötən 3 ildə Ukrayna müxtəlif modifikasiyalı dronlar istehlal edir. Ukrayna dron istehsalında dünyanın aparıcı ölkələrindən birinə çevrilib”.

Politoloq qeyd edib ki, Çin də son illərdə dron istehsalını artırıb:

“Məsələn, Çinin 2022-ci ildə pilotsuz uçuş aparatları sənayesindən əldə etdiyi gəlir 16 milyard dolları keçib. Çində 2022-ci ildə istehsal olunan dronların sayı 95 minə, PUA istehsal edən müəssisələrin sayı isə 15 minə çatıb. Çin bükülə bilən dronlar da istehsal etməyə başlayıb.

Beləliklə, Pentaqon Rusiya və Çinin dron istehsalını artıdığını nəzərə alaraq bu sahəyə diqqəti artırmağa qərar verib. Vaşinqtonu narahat edən odur ki, Rusiya, İran və Çin istehsalı olan dronlar Ukranyanın bombalanmasında geniş istifadə olunur. Ukrayna hava müdafiə sistemi bu qədər dronla mübarizə aparmaq imkanından məhrumdur. Bu səbəbdən Ukraynanın dornlardan qorunmaq üçün modern hava müdafiə sistemlərinə də ehtiyacı var”.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR