İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəngəzur dəhlizi həm də azərbaycanlılar yaşayan kəndlərdən keçəcək - Deputat

Deputat Sahib Alıyev parlamentin iclasında Prezident İlham Əliyevin sentyabrın 25-də BMT-dəki çıxışını triumfal çıxış kimi qiymətləndirib.

Musavat.com-un xəbərinə görə, deputat bildirib ki, bu çıxı 2020-ci il sentyabrın 21-də onun BMT-nin 75 illiyinə həsr olunmuş Yüksək Səviyyəli İclasda videoformatda təqdim edilən çıxışının davamı, ədəbi terminlə desək möhtəşəm epiloqu idi:

“Baxın, bu çıxışdan cəmisi 6 gün sonra ikinci Qarabağ savaşı başladı. Digərlərini demirik, əgər Minsk qrupuna həmsədrlik edən və BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan 3 dövlət o vaxt cənab Prezidentin çağırışına adekvat reaksiya versəydilər, təbii ki, problem sülh yoluyla çözüləcəkdi. Amma vermədilər. Və mən əminəm ki, dövlət başçımız bu çıxışı edərkən onlardan adekvat reaksiyanın olacağını heç gözləmirdi də.

Bu çıxış ikinci Qarabağ savaşı zamanı Azərbaycanın üstünə yeriyənlərin susdurulmasında və ən əsası digər ölkələrin Fransanın bizə qarşı hazırladığı qətnamənin qəbulunda ədalətli mövqe sərgiləmərlərində mühüm rol oynadı. Ümumuiyətlə, mən bu fikirdəyəm ki, Müzəffər Ali Baş Komandanımızım Silahlı Qüvvələrimizə şəhid fədakarlığıyla sərkərdəliyi qələbəmizin nə dərəcədə şərtələndirirdisə, bu qələbənin özəllliklə də böyük güclərə həzm etdirlməsində onun diplomatik və informasiya cəbhəsində belə demək mümkündürsə, Fövqəladə Təyiunatlı Əsgər kimi təkbaşına vuruşması da o dərəcədə şərtləndirdi”.

S.Alıyev qeyd edib ki, ona görə də BMT-dəki çıxışı öncəsi bəlkə də kimlərinsə qarşısında Azərbaycanla konflikt potensaialının saxlanacağı öhdəliyi götürən Ermənistan baş naziri o kürsüdən Azərbaycan Prezidentinin kapitulyasiya və Zəngəzur Dəhlizi ifadələrinə irad bildirirəkən bu reallığı unutmamalıdır:

“Bir halda ki, iki ölkə arasında sülh yönündə mühüm addımlar atılıb, normal məntiqə görə sələflərinin yoluyla gedərək Azərbaycana qarşı hərbi cinayət törədən, məsələn, dinc şəhərlərə bomba atdıran, raket zərbəsi endirmək əmri verən Nikol Paşinyan böyük cinayət törətdiyini etiraf etməli və elə o BMT-dəcə diz üstə çökərək üzr istəməli, bağışlanmasını diləməliydi. Ötən Şənbə və bazar günləri Gəncədə cənab Prezidentlə hörmətli Mehriban xanım Əliyevanın ağuşlarına basaraq əzizlədikləri, birinci xanımın əsl ana mehri göstərdiyi o uşaqlar məhz həmən Paşinyanın əmri ilə 2020-ci il 4,5, 8, 11 və 17 oktyabrda Gəncəyə raket zərbəsi endirilərkən şəhid olmuş valideynlərin övladlarıydı. Və bu Paşinyan bir neçə həftə öncə ölkəsindəki müxalifəti qınayaraq deyirdi ki, siz mənim 5-6 dəfə kapitulyasiyaya imza atdığımı bildirirsiniz, amma bu bir dəfə olur. Yəni özü etriaf edirdi ki, bəli, bir dəfə kapituliyasiya aktına imza atıb. İndi cənab Prezident həmən faktı xatırladanda görəsən niyə özünü incimiş kimi göstərir. Paşinyan da, ölkəsinin hər bir vətəndaşı da gözəl anlayır ki, necə adlanmasından asılı olmayaraq Azərbaycanın böyük məkr və ədalətsizliklə ayrılmış iki hissəsini birləşdirəno yol Zəngəzurdan keçir və ora Zəngəzur dəhlizidir. Özü də Qacarandakı Zəngəzur mis-molibden kombinatı kimi bu adda beynəlxlq status qazanıb. Bəlkə, o kombinatın da adını dəyişdirsinlər. Bir sözlə, Paşinyanın Zəngəzur dəhlizi ifadəsini azərbaycanlıların elə həmən Zəngzur qarışıq qədim yurd yerlərinə dönmək istəklərinə yanaşmada olduğu kimi ərazi iddiası kimi dəyərləndirməsi cəfəngiyyatdır. Və proseslərin gedişi gösətrir ki, necə Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanın tələbləri yerinə yetirilirsə, bir gün bizim öz doğma yurdumuza dinc qayıdış istəyimiz də o cür reallşacaq. Və həmən Zəngəzur dəhlizi həm də azərbaycanlılar yaşayan kəndlərdən keçəcək”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR