Onlayn ictimai-siyasi qəzet
Rusiyanın hüquq-mühafizə orqanlarının bir neçə həftəlik reydlərindən sonra ölkə paytaxtının “Moskva Siti” biznes mərkəzindəki bütün kriptovalyuta birjaları bağlanıb və depozit və pul çıxarılması dayandırılıb.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, birjalar əvvəlki fəaliyyətlərini bərpa edə biləcəklərinə dair vəd verirlər.
Xatırladaq ki, Dubaya qeyri-qanuni pul köçürmələri ilə bağlı şübhələrdən sonra hüquq-mühafizə orqanları “Moskva Siti” biznes mərkəzinin ofislərinə reydlər həyata keçirib, kriptovalyuta birjalarından vəsait və avadanlıqları müsadirə etməyə başlayıb. Yoxlamalar əsasən “Rapira” və “Moska”ya yönəldilib.
Bir yerdə 10 milyon dollar, 100 milyon rubl və 200 min avrodan çox pul ələ keçirilib. Vəsaitlərin bir hissəsi artıq dondurulub və oxşar tədbirlər biznes mərkəzi ilə əlaqəli bir neçə Çin birjalarında həyata keçirilib.
Qeyd olunur ki, yoxlamalar cinayət işi başlanmadan aparılır. Valyutadəyişmə məntəqələrinin sahibləri isə şərh verməkdən imtina ediblər.
Musavat.com
30 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ