İnsanlara hürriyət, millətlərə istiqlal!

Hərbi prokuror Naxçıvanda görüş keçirib

Baş prokurorunun müavini - hərbi prokuror ədliyyə polkovniki Bəhruz Əhmədov Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının komandanının müavini general-mayor İnqilab Muradovla birlikdə Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxslərinin və Daxili Qoşunların yüksəkrütbəli hərbi qulluqçularının iştirakı ilə Daxili Qoşunların Naxçıvanda qulluq edən hərbi qulluqçuları ilə görüşüblər.

Bu barədə Musavat.com-a Hərbi Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirdən öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi və şəhidlərimizin şərəfinə yaradılmış guşə ziyarət edilib.

Görüşdə Dövlət Himni səsləndirilib, iştirakçılara Baş Prokurorluğun rəhbərliyinin tövsiyələri çatdırılıb.

Çıxışlarda dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi və xalqın əzmkarlığı ilə əldə olunan uğurlardan, o cümlədən qüdrətli Silahlı Qüvvələrin formalaşdırılmasından danışılıb.

Daha sonra hərbi qulluqçular qarşısında hüquqi maarifləndirici məzmunlu çıxışlar olub, onları maraqlandıran suallar cavablandırılıb. Həmçinin hərbçilərin məişət və xidmət şəraiti, eləcə də qayğı və problemləri ilə bağlı fikirləri dinlənilib.

Sonda xidmətdə fərqlənən hərbi qulluqçulara hədiyyələr təqdim edilib.

Musavat.com

Hərbi prokuror Naxçıvanda görüş keçirib

Hərbi prokuror Naxçıvanda görüş keçirib

Hərbi prokuror Naxçıvanda görüş keçirib

Hərbi prokuror Naxçıvanda görüş keçirib

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyul 2025

04 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR