İnsanlara hürriyət, millətlərə istiqlal!

Hikmət Hacıyev Əli Əkbər Əhmədian ilə ikitərəfli münasibətlərin inkişafını müzakirə etdi

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian arasında telefon danışığı olub.

Telefon danışığı zamanı Azərbaycan prezidentinin köməkçisi qarşı tərəfə İsrail – İran gərginliyi zamanı həlak olan şəxslərlə bağlı başsağlığı verib.

Tərəflər həmçinin ikitərəfli münasibətlərin inkişaf etdiriməsini və iki ölkə prezidentlərinin əldə etdiyi razılaşmaların icrasının vacibliyini vurğulayıblar.

Bununla yanaşı, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianın Azərbaycana planlaşdırılan səfəri müzakirə olunub.//Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR