İnsanlara hürriyət, millətlərə istiqlal!

Hikmət Hacıyev Prezidentin balaca Nilayla şəklini paylaşdı - FOTOLAR

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyevin Gəncəyə səfəri ilə bağlı paylaşım edib.

Musavat.com xəbər verir ki, H.Hacıyev "X" sosial şəbəkəsində müvafiq postu paylaşıb.

Prezident İlham Əliyev balaca Nilayın - 2020-ci ildə 44 günlük müharibə zamanı Ermənistan silahlı qüvvələrinin Gəncəyə raket hücumu nəticəsində valideynlərini və yaxınlarını itirmiş qızcığazın əlini nəvazişlə tutur – bu, həqiqətən də "danışan fotolar"dır, burada görüntünün özü bütün faciəvi əhvalatı sözsüz izah edir", - prezidentin köməkçisi yazıb.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR