Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində anbarların birində güclü yanğın baş verib. Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam edir.
Yanğın baş verən anbar "Sham Fi" MMC-yə məxsusdur.
Qeyd edək ki, 2004-cü ildən fəaliyyətə başlayan "Sham Fi" şirkəti "Belous", "Dr. Korner", "Kirlangic", "Borjomi", "President" kimi tanınmış markaların Azərbaycandakı distribütorudur. Şirkətin əsas fəaliyyət istiqamətləri distribusiya və logistikadır./metbuat.az
27 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ