Onlayn ictimai-siyasi qəzet
Sialkot şəhərinin Dəlvali bölgəsində Hindistana məxsus pilotsuz uçuş aparatı vurulub
Musavat.com xəbər verir ki, Pakistan Hərbi Hava Qüvvələri Sialkot şəhərinin Dəlvali bölgəsində Hindistana məxsus bir pilotsuz uçuş aparatını (PUA) vurduğunu bildirib. Rəsmi məlumatlara görə, PUA Pakistan hava məkanını pozduğu üçün hədəfə alınıb və yerli vaxtla səhər saatlarında zərərsizləşdirilib.
Hadisə iki ölkə arasında gərginliyin artdığı bir vaxtda baş verir. Bu, son saatlar ərzində Hindistana məxsus vurulan ikinci hava vasitəsidir.
Musavat.com
07 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ