İnsanlara hürriyət, millətlərə istiqlal!

Hökumət mənəm: Ermənistanın baş naziri əməkdaşlardan birini vəzifədən azad etdi

Ermənistan baş nazirinin aparatında beynəlxalq-hüquqi məsələlər üzrə nümayəndənin ofisinin rəhbəri Liparit Drmeyan vəzifəsindən azad olunub.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli hökumətin mətbuat xidməti məlumat verib. Müvafiq qərarı Ermənistanın baş naziri Nikol Paşinyan imzalayıb.

Qeyd eədk ki, Paşinyan digər qərarla Ermənistanın ABŞ-dakı səfiri Lilit Makuntsu da özünə müşavir təyin edib.

Xatırladaq ki, avqustun 28-də Paşinyan onunla razılaşmayan hökumət üzvlərini istefaya çağırmışdı. “Hökumət – bu mənəm və heç kimin mənim mövqeyimə zidd rəy bildirmək ixtiyarı yoxdur. Əgər hökumətdə belə adamlar varsa, qoy ərizə yazıb getsinlər, yoxsa mən onları özüm vəzifədən azad edəcəyəm”, – deyə o vurğulayıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR