İnsanlara hürriyət, millətlərə istiqlal!

Hraparak: Paşinyan bu həftə sonu kilsəyə hücum edəcək


Ermənistan Baş naziri Paşinyan kilsə ilə mübarizə ideyasından əl çəkmir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, yerli “Hraparak” qəzetinin yazdığına görə, o, dünən paylaşdığı növbəti yazısında Katolikosluğun “azad olunması” planını ətraflı şəkildə təqdim edib.

Plana əsasən, hazırkı Katolikos vəzifədən uzaqlaşdırıldıqdan sonra yeni Katolikos seçilməyəcək, onun əvəzinə vikar təyin olunacaq. Yeni Katolikos isə yalnız o zaman seçiləcək ki, “Erməni Apostol Müqəddəs Kilsəsinin Kanonu” “erməni kanonik kitabı” əsasında təsdiq olunsun.

Bu isə kilsənin başsız buraxılması və uzun illər ərzində ruhani rəhbərsiz qalması deməkdir.
İlkin məlumatlara görə, Paşinyan hücum tarixini 27 iyul şənbə gününə təyin edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR