Onlayn ictimai-siyasi qəzet
“Newsweek” nəşri yazır ki, “Ənsar Allah” qruplaşması (husilər) ABŞ və İsrailə İrana hücum olunacağı halda onlarla müharibə edəcəyi ilə bağlı xəbərdarlıq edib.
Musavat.com xəbər verir ki, bu barədə “Azad İran” telegram kanalı məlumat yayıb.
Məlumatda bildirilir ki, husilər hərbi hazırlıq səviyyəsini artırıblar. Qəzza müharibəsi və Yəmənə hücumlar səbəbindən husilərin İsraillə müharibə vəziyyətində olduğu bildirilir.
Qeyd olunub ki, bu açıqlamalar ABŞ-nin İraqdakı səfirlik əməkdaşlarının, Bəhreyn və Küveyt də daxil olmaqla, bölgə ölkələrindəki hərbçilərin ailə üzvlərinin ölkəni tərk etməsi ilə bağlı xəbərlər təsdiqləndikdən bir neçə saat sonra verilib.
Musavat.com
13 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ