İnsanlara hürriyət, millətlərə istiqlal!

Husilər İsrailə hava blokadası elan etdi – Onlarla aviaşirkət Ben-Qurion reyslərini dayandırdı

Yəməndəki husilər İsrailə qarşı daha sərt addım atmağa hazırlaşdıqlarını bəyan ediblər.

Musavat.com xəbər verir ki, “Al Mayadeen” telekanalının yaydığı məlumata görə, husilər İsrailə tam hava blokadası tətbiq etməyə qərar veriblər.

Onlar beynəlxalq aviaşirkətləri İsrail hava limanlarına, xüsusilə Ben-Qurion aeroportuna uçuşları dərhal dayandırmağa çağırıblar. Bu çağırış İsrailin Qəzza zolağında hərbi əməliyyatları genişləndirməsi ilə əlaqələndirilir.

Qeyd edək ki, bir neçə gün əvvəl husilər Ben-Qurion hava limanına raket zərbəsi endirdiklərini rəsmən təsdiqləmişdilər. Nəticədə, hazırda təxminən 20-yə yaxın aviaşirkət Təl-Əvivə olan uçuşlarını dayandırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 May 2025

BÜTÜN XƏBƏRLƏR