İnsanlara hürriyət, millətlərə istiqlal!

İbrahim Tatlısəs və Hülya Avşarla bağlı ŞOK AÇIQLAMALAR – “24 yaşında sünnət olunub, qısa boyu ilə...” 

Şou-biznes şərhçisi Burhan Akdağ Haberler.com-da Gökay Kalaycıoğlu və Hakan Solakerin təqdimatında yayımlanan “Magazin Bahane” proqramının qonağı olub.

Musavat.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, verilişdə Hülya Avşar ilə İbrahim Tatlısəs arasında yaşanan münasibət, Avşarın münasibətlərdəki davranış tərzi barədə diqqətçəkən fikirlər səsləndirilib.

GOKAY.jpg (169 KB)

Gökay Kalaycıoğlu Hülya Avşarın İbrahimTatlısəsə qarşı davranışını belə şərh edib:

“Hülya Avşar İbrahim Tatlısəs tərəfindən bəyənilməkdən zövq alırdı, bu hal indi də davam edir”.

Burhan Akdağ isə Avşarın qısaboylu olmasına baxmayaraq, uğur qazandığını deyib:

“Hülya Avşar bu boyla Türkiyəni titrətdi, əgər bir qarış boyu daha olsaydı, dünyanı titrədərdi”.

Proqramın digər aparıcısı Hakan Solaker Hülya Avşarın münasibətlərdəki yanaşmasını belə ifadə edib:

“Hülya Avşar münasibətlərdə çox revanşist davranır - ona necə yanaşılırsa, o da eyni şəkildə cavab verir”.

Burhan Akdağ isə İbrahim Tatlısəsin xarakteri haqqında bunları bildirib:

“İbrahim Tatlısəsə biri nəsə deyəndə o, bunun doğru olub-olmadığını araşdırmadan tez bir zamanda təsir altına düşür”.

Akdağ proqram zamanı maraqlı bir faktı da bölüşüb:

“Bir söhbət əsnasında Hüseyn Tatlı bildirdi ki, o, 4 yaşında olarkən qardaşı İbrahim Tatlısəs ilə birlikdə sünnət olunub. Həmin vaxt İbrahimin 24 yaşı var idi”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR