İnsanlara hürriyət, millətlərə istiqlal!

“İçərişəhər” stansiyasında yeraltı avtomobil dayanacağı tikiləcək

Bakı metrosunun "İçərişəhər" stansiyasında yeraltı avtomobil dayanacağı tikiləcək.

Musavat.com modern.az-a istinadən xəbər verir ki, artıq dayanacağın layihələndirilməsinə başlanılıb.

Layihələndirmə Türkiyənin "Yüksel Proje" şirkəti tərəfindən icra ediləcək.

Qeyd edək ki, ötən gün şirkətlə "Bakı Metropoliteni" arasında 35,4 milyon manat dəyərində müqavilə imzalanıb.

Müqavilə çərçivəsində Yaşıl xətt üzrə Y14-Y17 və Bənövşəyi xətt üzrə B5-B8 stansiyaları və bu stansiyalar arasında tunellərin, "28 May" stansiyasında Yaşıl və Qırmızı xətlərin ayrılmasının, "İçərişəhər" stansiyasında keçid kamerası, geri dönüş tuneli və yeraltı avtomobil dayanacağının layihələndirilməsi nəzərdə tutulur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR