İnsanlara hürriyət, millətlərə istiqlal!

İkinci Rusiya-Ukrayna danışıqları bu ölkədə keçiriləcək

Rusiya və Ukrayna arasında danışıqların yeni mərhələsi iyunun ortalarında Vatikanda keçirilə bilər.

Musavat.com xəbər verir ki, məlumatı Wall Street Journal (WSJ) mənbələrə istinadən yayıb.

Nəşrin məlumatına görə, bu danışıqlarda ABŞ-ın dövlət katibi, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Marko Rubio, həmçinin Ukrayna üzrə xüsusi elçi Keyt Kelloqun da daxil olduğu Amerika nümayəndə heyəti də iştirak edəcək.

Bundan əvvəl yeni Roma Papası XIV Leo Ukraynada sülh prosesini asanlaşdırmağa, o cümlədən Vatikan ərazisini danışıqlar platforması kimi təqdim etməyə hazır olduğunu bəyan edib. Bu təşəbbüs ABŞ prezidenti Donald Tramp tərəfindən müsbət qarşılanıb.

Mayın 16-da İstanbulda Rusiya ilə Ukrayna arasında danışıqlar olub. Mayın 19-da Rusiya prezidenti Vladimir Putin və Tramp arasında iki saatdan çox davam edən telefon danışığı olub və onlar ilk növbədə Ukraynadakı münaqişənin aradan qaldırılması yollarını müzakirə ediblər. Daha sonra Tramp bir sıra Avropa liderlərinə və Volodimir Zelenskiyə zəng edərək Putinlə söhbətinin nəticələri barədə məlumat verib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 May 2025

BÜTÜN XƏBƏRLƏR