Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanla birgə mətbuata bəyanat verib.
Dövlət başçısı bildirib ki, Azərbaycan ilə ABŞ arasında yeni strateji əməkdaşlıq yolu açılır. O, illər əvvəl Azərbaycana qarşı tətbiq edilən 907-ci düzəlişin bu gün ləğv olunmasına görə təşəkkürünü bildirib.
Prezident İlham Əliyev vurğulayıb ki, bu gün Qafqazda sülh təmin olunur və ABŞ Prezidenti Donald Tramp bölgəyə sülh gətirib.
Musavat.com
09 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ