İnsanlara hürriyət, millətlərə istiqlal!

İlham Əliyev: “Böyük Qayıdış” Proqramını həyata keçirdiyimiz bir vaxtda qardaş ölkələrin köməyi xüsusilə dəyərlidir

Bu gün Qarabağın, Şərqi Zəngəzurun dirçəldiyi, infrastruktur obyektlərinin, evlərin, ictimai binaların tikildiyi bir vaxtda, ilk növbədə, hər bir layihədə məktəb, uşaq bağçası, körpələr evi, tibb məntəqələri planlaşdırırıq. Bunlarsız normal həyat ola bilməz.

Musavat.com xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında sakinlərlə görüşündə deyib.

Dövlət başçısı bildirib: “Əlbəttə, bizim uğurla reallaşdırdığımız “Böyük Qayıdış” Proqramını həyata keçirməli olduğumuz bir vaxtda qardaş ölkələrin köməyi xüsusilə dəyərlidir. Bu, qırğız xalqının qəlbindən, ürəyindən gələn köməkdir”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyul 2025

03 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR