Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın tanınmış milyarderi və “X” platformasının sahibi İlon Mask ölkədə yeni siyasi partiyanın yaradılmasını təklif edib.
Musavat.com xəbər verir ki, Mask bu ideyanı “Amerika Partiyası” adlandırmağı təklif edib və onu “xalqın əsl səsi” adlandırıb.
Onun sözlərinə görə, “X” platformasında keçirilən sorğuda 5,6 milyondan çox iştirakçının 80 faizi bu təşəbbüsə dəstək verib.
Mask qeyd edib ki, bu partiya nə demokratları, nə də respublikaçıları özünə yaxın sayan və hazırkı siyasi sistemdə təmsil olunmadığını düşünən milyonlarla amerikalıya alternativ təqdim etməyi hədəfləyir.
Bu təşəbbüs onun Trampla yaşadığı son qarşıdurmadan sonra gündəmə gəlib.
Musavat.com
07 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ