Onlayn ictimai-siyasi qəzet
Məşhur milyarder və texnologiya nəhəngi İlon Mask Dogecoin (DOGE) layihəsindəki fəaliyyətini məhdudlaşdıracağını açıqlayıb.
Musavat.com xəbər verir ki, CNN-in məlumatına görə, İlon Mask gələn aydan etibarən DOGE layihəsindəki iş vaxtını həftədə bir-iki günə endirəcəyini bəyan edib. O, əsas diqqətini özünə məxsus olan şirkətlərin idarə olunmasına yönəldəcək.
Mask eyni zamanda qeyd edib ki, Trampın prezidentlik dövrünün sonuna qədər DOGE departamentində fəaliyyətini davam etdirəcək. Onun sözlərinə görə, bu qərarın məqsədi “israfçılığı və fırıldaqları” azaltmaqdır.
Bu açıqlama Tesla-nın 2025-ci ilin birinci rübündə cəmi 409 milyon dollar xalis gəlir əldə etməsi fonunda səslənib. Qeyd edək ki, bu rəqəm ötən ilin eyni dövründə 1,39 milyard dollar idi. Ekspertlər Maskın diqqətini əsas şirkətlərə yönəltməsini bu maliyyə geriləməsi ilə əlaqələndirirlər.
Musavat.com
13 May 2025
12 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ