Onlayn ictimai-siyasi qəzet
Bu gün Paytaxtın Nəsimi rayonunda yerləşən 46 saylı tam orta məktəbdə imtahan verən 4-cü sinif şagirdlərinin imtahandan gec buraxıldığı iddia edilir. Belə ki, imtahan vərəqələrinin şagirdlərə imtahan başlayandan 3-4 saat sonra paylanıldığı bildirilir.
Məsələ ilə bağlı həmin şagirdlərin valideynləri Baku TV-yə müraciət edib.
Məktəbin qarşısında gözləyən valideynlər bu haldan narahat olaraq uşaqlarının buraxılmasını tələb ediblər. Onların tələbindən sonra şagirdlər ağlayaraq məktəb binasından çıxıb.
Məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsindən isə bildirilib ki, 4-cü sinif şagirdləri üçün keçirilən monitorinq zamanı bir imtahan mərkəzində texniki məsələlərlə bağlı problem yaranıb:
“Bununla bağlı operativ tədbirlər görülüb. Uşaqlara optimal vaxt ərzində biliklərini nümayiş etdirmək üçün müvafiq vaxtın verilməsi təmin olunub”.
18 May 2025
17 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ