İnsanlara hürriyət, millətlərə istiqlal!

İran bölünüb Turan olur: Ermənistan isə özü boyda Zəngəzur dəhlizinə çevrilir… - VİDEO

Musavat.com xəbər verir ki, Əməkdar jurnalist Rauf Arifoğlunun günlər əvvəl ARB24 kanalında verdiyi proqnoz özünü doğrultdu.

O bildirmişdi ki, ABŞ və İsrailin İrana qarşı “vur-qaç” taktikası ilə zərbə endirməsi labüddür və bu, birjalar qapanan kimi, Amerikada həftəsonu başlayan anda baş verəcək. Trampın “2 həftə vaxtınız var” bəyanatı inandırıcı deyildi – çünki prosesin əsas göstəricisi Trampın dedikləri yox, ABŞ hərbi maşınının real hazırlıqları və Netanyahunun davranışları idi.

Verilişdən həmin hissəni və Rauf Arifoğlunun sosial mediada paylaşdığı yazılı şərhi, bundan belə nə olacağı ilə bağlı proqnozunu oxucularımızln diqqətinə çatdırırıq:

R. Arifoğlu: "Bu həftəsonu olacağını gözləyirdim. Birjalar reaksiya verənə qədər “vur-qaç” taktikası ilə, İran vurulacaq, deyə, saytımızda da yazmışdım.

Trampın “2 həftə zaman var” bəyanatı inandırıcı deyildi. Dəli Domrulun nə dediyi önəmli deyil – ABŞ hərb maşınının hazırlıqları və manevrləri ilə bağlı xəbərlər, bir də Netanyahunun davranışları, bəyanatları bombaların yola çıxdığını göstərirdi…

Səngiyəcək, bundan belə. İran rejiminin uzatmağa gücü və raketi, İsrail və Amerikanın isə əsası qalmadı. Bir az da irəli getsələr, İranda hakimiyyət itəcək, hər şey kontroldan çıxacaq, xaos və qlobal köç başlayacaq…

İranı bölmək, rejimi dəyişmək qərarı yoxdur, ABŞ–İsrail ittifaqının.

ABŞ və İsrailin İranın bölünüb də, yerində qüdrətli, böyük Azərbaycan dövləti ortaya çıxmasına təhəmmülləri çoxdan yoxdur.

Rusiya Güney Qafqazda kiçildi – İran da aradan qalxarsa, türk amili, Türkiyə–Azərbaycan ittifaqı nəhəng bir coğrafiyada dərhal böyümüş və yeganə amilə çevrilmiş olur.

İranın 7 sərhəd qonşusu var. Onlardan üçü Türk Dövlətləri Təşkilatının üzvüdür: Türkiyə, Türkmənistan və Azərbaycan. Digər biri isə qardaşdır – Pakistan!

İran bölünəcəyi halda, TDT + Pakistan böyüyür…
İran Turan olur!

5-ci qonşu – Ermənistan da arada tamamən yox olur, Zəngəzur dəhlizi olur, özü boyda…
Yerdə qalır İraq və Əfqanıstan...

Bundansa, quyruğu qoparılmış, əldən düşmüş “Şir” sərf edir bunlara.
Anlaşacaqlar…

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR