İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Hörmüz boğazının bağlanması variantını nəzərdən keçirir – "Mehr"


İran əleyhdarlarının hərəkətlərinə cavab olaraq Hörmüz boğazının bağlanması imkanını nəzərdən keçirir.

Musavat.com xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Benham Səidi bildirib.

O, "Mehr" xəbər agentliyinə deyib ki, Hörmüz boğazının bağlanması İran İslam Respublikasının nəzərdən keçirdiyi variantlardan biridir:

"İran İslam Respublikasının müqəddəs dövlət quruluşunun düşmənləri bilməlidirlər ki, vətənimizi və xalqımızı təhdid etsələr, mütləq sarsıdıcı cavab alacaqlar. Düşmənlərə necə cavab veriləcəyi ilə bağlı qərarlar şərait nəzərə alınmaqla veriləcək".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR