Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, İran İsrailə ballistik raketlərlə hücum edib.
Musavat.com xəbər verir ki, “Ynet” portalının məlumatına görə, bu dəfə ümumilikdə 20-yə yaxın raket atılıb. Təl-Əvivdə dağıntılar qeydə alınıb.
İranın hücumu nəticəsində İsraildə yaralananların sayı 16-ya çatıb.
İran İslam İnqilabı Keşikçiləri Korpusu bildirib ki, İran səhər saatlarında İsrailə qarşı hücumda ilk dəfə "Xeybar Şekan" orta mənzilli ballistik raketdən istifadə edib.
SEPAH-ın açıqlamasına görə, İranın İsrailə endirdiyi zərbənin hədəfi Ben Qurion hava limanı, bioloji tədqiqat mərkəzi və komanda məntəqələri olub.
İqbal RZAYEV,
Musavat.com
22 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ