İnsanlara hürriyət, millətlərə istiqlal!

İran israilin hərbi təyyarəsini vurdu – Pilot axtarılır

İranın hava hücumundan müdafiə sistemləri ölkənin cənub-qərbində yerləşən Çaharmahal və Bəxtiyari vilayətində İsrailə məxsus hərbi təyyarəni vurub.

Musavat.com xəbər verir ki, bu barədə İranın Mehr agentliyi məlumat yayıb.

Məlumata görə, təyyarənin pilotu katapult edə bilib. Hazırda onun axtarışları davam edir.

Qeyd edək ki, İsrail iyunun 13-nə keçən gecə İrana qarşı "Qalxan Şir" adlı hərbi əməliyyata başlayıb. Əməliyyatın hədəfi İranın nüvə proqramı olub.

Bundan az sonra İran cavab zərbələri endirib. Növbəti günlərdə də tərəflər bir-birini raket və pilotsuz aparatlarla vurmağa davam ediblər.

Hər iki ölkə hücumlar nəticəsində ölən və yaralananların olduğunu təsdiqləyib.

 

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Iyun 2025

17 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR