İnsanlara hürriyət, millətlərə istiqlal!

İran İsrailin pilotsuz təyyarəsini vurdu – Təl-Əviv məlumat sızmasından narahat deyil

İranın hava hücumundan müdafiə qüvvələri İsrailə məxsus Hermes-900 tipli pilotsuz uçuş aparatını (PUA) İsfahan bölgəsində vurmağa nail olub.

Musavat.com xəbər verir ki, bu, İran-İsrail müharibəsi başladıqdan sonra İslam Respublikasının İsrailə məxsus ilk PUA-nı uğurla hədəfə aldığı hadisə kimi qeyd olunur.

Hadisəyə dair İsrail ordusu rəsmi açıqlama verib və dronun qəzaya uğradığını təsdiqləyib.

Ordunun yaydığı bəyanatda bildirilir:

“Hərbi əməliyyat zamanı İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçan aparat yer-hava raketi ilə vurulub və nəticədə İran ərazisində qəzaya uğrayıb. Hadisə nəticəsində itki yoxdur və məlumat sızmasından narahatlıq edilmir”.

Qəzaya uğrayan PUA-nın görüntüləri İranın rəsmi televiziyası və “Araz News” tərəfindən yayımlanıb.

Kadrlarda zərbə alan və hissələrə ayrılmış dron gövdəsi, onun qanadları və digər texniki hissələri əks olunur. Məlumata görə, bu aparat kəşfiyyat məqsədilə İran ərazisinə daxil olmuşdu.

Hermes-900 – İsrailin uzunmənzilli və yüksək texnologiyalı pilotsuz platformalarından biridir. Uzunmüddətli müşahidə və zərbə imkanları ilə seçilən bu PUA-nın İran ərazisinə daxil olaraq hərbi məlumat topladığı ehtimal olunur.

Bu hadisə həm də İranın hava hücumundan müdafiə sistemlərinin effektivliyi baxımından strateji önəm daşıyır. Tehran rəsmiləri pilotsuz aparatın vurulmasını “mühüm texnoloji və hərbi qələbə” kimi təqdim edir.

İsrail tərəfi isə informasiya sızması riski olmadığını iddia edir və məsələni daha çox texniki qəza kimi qiymətləndirməyə çalışır.

Xatırladaq ki, son günlərdə İran və İsrail arasında gərginlik pik həddə çatıb. Tərəflər bir-birinə qarşı müxtəlif növ raket və dron zərbələri endirir, hava məkanında aktiv kəşfiyyat əməliyyatları aparılır.

 
 
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR