İnsanlara hürriyət, millətlərə istiqlal!

İran parlamenti: ABŞ-la danışıqlar əvvəlcədən şərtlər irəli sürülmədən mümkün deyil  

İran parlamenti ABŞ-la nüvə proqramı üzrə danışıqların bərpası üçün ilkin şərtlərin irəli sürülməsini tələb edir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, parlament üzvlərinin bəyanatında vurğulanır ki, ABŞ indiyə qədərki danışıqlardan İranı çaşdırmaq və sionist rejimin (İsrailin) hücumlarını informasiya baxımından ört-basdır etmək üçün istifadə edib.

“Artıq əvvəlki kimi danışıqlar aparmaq olmaz. Hər hansı yeni dialoqun mümkün olması üçün ABŞ əvvəlcədən müəyyən şərtləri yerinə yetirməlidir”, – deyə ISNA agentliyi parlamentin bəyanatından sitat gətirir.

Xatırladaq ki, İran və ABŞ nümayəndələri 2025-ci ilin aprel-may aylarında beş raund ikitərəfli məsləhətləşmələr aparıblar. Altıncı raundun 15 iyunda keçirilməsi planlaşdırılsa da, 13 iyunda İsrailin İrana qarşı hərbi əməliyyata başlaması və ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi zərbələr səbəbindən proses dayandırılıb. Tərəflər arasında atəşkəs 24 iyunda əldə olunub.

İran rəsmiləri dəfələrlə danışıqlardan imtina etmədiklərini bildirsələr də, ABŞ tərəfindən gələcəkdə hərbi təcavüzün təkrarlanmayacağına dair təminat tələb edirlər. 15 iyul tarixində İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Əsmail Baqai qeyd edib ki, Tehranın Vaşinqtonla növbəti raund danışıqların vaxtı və yeri barədə hələ razılıq əldə olunmayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR