İnsanlara hürriyət, millətlərə istiqlal!

"Ukrayna NATO-ya girsə, fəlakət olar" – Yanukoviç Putinin sözlərini təkrarladı

"Ukraynanın qaçaq keçmiş prezidenti Viktor Yanukoviçin uzun fasilədən sonra yayımladığı videomüraciət Rusiya lideri Vladimir Putinin təlimatı ilə həyata keçirilib".

Musavat.com bildirir ki, bu barədə politoloq Elxan Şahinoğlu deyib.

elxan.jpg (68 KB)

Politoloqun sözlərinə əsasən, Putin özünün və Yanukoviçin açıqlaması vasitəsilə sanki Qərbə mesaj göndərir ki, Rusiya Ukraynanın Avropa qurumlarından birinin üzvlüyünü əngəlləməyəcək:

"Viktor Yanukoviç dövlət başçısı olduğu illərdə Ukraynanın Avropa İttifaqına üzvlüyünü dəstəklədiyini, ancaq NATO-ya üzvlüyün isə fəlakətə aparacağını söylədiyini bildirib. Eyni sözləri Kreml sahibi Çində Slovakiya baş naziri Robert Fitso ilə görüşdə deyib: “Rusiya heç vaxt Ukraynanın Avropa İttifaqına üzvlüyünə qarşı çıxmayıb, NATO-ya gəlincə, bu, başqa məsələdir, burada söhbət Rusiyanın təhlükəsizliyinin təmin olunmasından gedir".

Ukraynada ikinci Maydan hərəkatı məhz Putinin Viktor Yanukoviçə təzyiqi nəticəsində onun Avropa İttifaqı ilə assosiativ saziş imzalamaqdan imtina etməsiylə başlamışdı".

Politoloqun fikrincə, Putin üstündən illər keçdikdən sonra yeni açıqlamasıyla Ukraynanın Avropa İttifaqına üzvlük məsələsində güzəştə hazır olduğunu demək istəyib:

"Məsələ burasındadır ki, Avropa İttifaqı Ukraynaya siyasi, iqtisadi və müəyyən qədər hərbi dəstək versə də, bu ölkəni təşkilata üzv qəbul etməyə hazır deyil. Putin də bunu bildiyindən topu onların meydanına atıb".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2025

03 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR