İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail Musa Suveyidanı belə partlatdı - ANBAAN VİDEO

Musavat.com xəbər verir ki, İsrail Müdafiə Qüvvələri (ÇAХАL) Livanın cənubunda keçirilən əməliyyat nəticəsində bir sıra silahlıların məhv edildiyini açıqlayıb.

Məlumata görə, İsrail Hərbi Hava Qüvvələrinin zərbələri Yatar kəndi yaxınlığında həyata keçirilib. Nəticədə “Hizbullah” qruplaşmasının üzvü əl-Manam Musa Suveyidan zərərsizləşdirilib. Ordunun verdiyi açıqlamaya əsasən, o, yerli əhali ilə təmaslara cavabdeh idi və onların torpaqlarının “özəlləşdirilməsi” yolu ilə müşahidə məntəqələri və silah anbarlarının yerləşdirilməsini təmin etməyə çalışırdı.

Eyni zamanda, “Hizbullah”la əlaqəli olan “Livan batalyonları” qruplaşmasının bir döyüşçüsünün də aradan götürüldüyü bildirilib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR