Onlayn ictimai-siyasi qəzet
İran Prezidenti Məsud Pezeşkiyan gələn həftə BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün Nyu-Yorka yola düşəcək.
Musavat.com xəbər verir ki, prezidentin siyasi məsələlər üzrə müşaviri Mehdi Sanai məlumatı ISNA-ya açıqlayıb. Onun sözlərinə görə, Pezeşkiyan çərşənbə axşamı ABŞ-a uçacaq və çərşənbə günü səhər BMT Baş Assambleyasında çıxış edəcək.
Səfər çərçivəsində İran dövlət başçısının müxtəlif ölkələrin liderləri və BMT-nin baş katibi ilə görüşləri planlaşdırılır. Həmçinin Pezeşkiyanın analitik mərkəzlər, beynəlxalq assosiasiyalar və ABŞ-da yaşayan iranlı diaspor nümayəndələri ilə də görüşləri nəzərdə tutulur.
Musavat.com
21 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ