İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin başına gələn motosiklet hadisəsindən danışdı

Rusiya Prezidenti Vladimir Putin motosiklet sürdüyü zaman başına gələn təhlükəli hadisədən danışıb. Dövlət başçısı qeyd edib ki, bir dəfə motosikletə minib sürət verərkən nəqliyyat vasitəsi qəfil idarəetmədən çıxıb və aşıb.

Musavat.com xəbər verir ki, Putinin sözlərinə görə, həmin an o, yalnız son anda reaksiya verərək motosikletin altında qalmaqdan xilas olub: “Bir dəfə motosikletə mindim, qaz verdim, o isə qəfil ön hissəsini qaldıraraq havaya qalxdı və çevrildi. Mən isə son saniyədə kənara çəkilə bildim. Motosiklet düz yanımda yerə düşdü”, – deyə o bildirib.

Putinin bu açıqlaması onun motosiklet sürmək təcrübəsinin də riskli məqamlarla yadda qaldığını göstərir. Dövlət başçısının sözləri Rusiya mediasında da maraqla qarşılanıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR