Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, İranın dövlət televiziyası IRIB bu həftə Nyu-Yorkda BMT Baş Assambleyasının kuluarlarında baş tutan diplomatik görüşlə bağlı süjet yayımlayıb.
Söhbət İranın xarici işlər naziri Abbas Əraqçi ilə Finlandiyanın xarici işlər naziri Elina Valtonen və İsveçin XİN rəhbəri Maria Malmer Stenerqard arasında keçirilən görüşdən gedir.
Lakin maraqlı detal efir zamanı diqqətdən yayınmayıb: yayımlanan kadrlarda hər iki qadın nazirin diz hissəsi xüsusi olaraq bulanıqlaşdırılıb. Səbəb kimi onların geyindiyi yubkaların həmin hissəni tam örtməməsi göstərilir.
Beləliklə, İran mediası ölkə tamaşaçılarının “narahat olmaması” üçün senzura tətbiq edib və bu da beynəlxalq mediada ironik reaksiyalara səbəb olub. Analitiklər bu addımı İranın cəmiyyətə təqdim etdiyi dəyərlər sisteminin diplomatik münasibətlərdə belə sərt senzura ilə qorunduğunun göstəricisi kimi dəyərləndirirlər.
Musavat.com
29 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ